İran

Azərbaycanli fəalın qızına şəxsiyyət vəsiqəsi verilib

Azərbaycanlı mili –mədəni fəal musiqiçi Səccad Colaninin qızına kimlik sənədi verilib. Ərdəbil Vətəndaşlıq Sicilli İdarəsinin verdiyi sənəddə uşağın adı Ayıl olaraq qeyd olunub. Bununla ilgili Səccad Colani özünün instaqram hesabında paylaşım edib. O, paylaşımında “Hər çətinliyin arxasında gözəlliklər var. 9 ay sonra sonunda bütün çətinliklərə baxmayaraq, Ayıl balamızın kimlik sənədini aldıq. Arzum budur, adları üçün kimliksiz qalan uşaqlar da bu uğuru qazansınlar. Yaşasın Ərdəbil duvarları”, – fikirlərini qeyd edib.
Vurğulayaq ki, aidiyyəti qurumların bu adı təsdiqləməməsinin başlıca səbəbi onun türk adı olması və anlamının “çağırış, oyanış” sözlərini ehtiva etməsidir. İran rejimi isə türk xalqlarının siyasi anlam kəsb edən adlardan istifadəsini yasaqlamağa çalışır.
Bildirməliyik ki, Səccad Colani dəfələrlə Ayıl adının təsdiqi üçün ilgili qurumlara müraciət edib. Hər dəfəsində isə onun müraciətinə rədd cavabı verilib. Ailənin uzunmüddətli çabasından sonra, körpəyə türk adının verilməsi təsdiqlənib. Diqqətinizə çatdıraq ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Haqları Sözləşməsinin 7-ci bəndinə görə, “uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad, habelə vətəndaşlıq əldə etmək hüququna, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq, onlardan qayğı görmək haqqı vardır”.

Related Articles

Bir cavab yazın

Back to top button