İran

Azərbaycanlı fəallar milli ayrıseçkiliklə bağlı açıqlama yayıblar

 

Azərbaycanlı mədəni fəallar İranda türklərə qarşı sistematik ayrı-seçkiliklə bağlı toplu açıqlama yayıblar. Açıqlamada deyilir:
“Milli ayrımcılıq və fərhəngi faşizm yalnız qeyri-fars millətlərə və etnik xalqlara qarşı cok qoşmaqla məhdudlaşmır. Habelə trilyonlarla sərvətimiz amansızcasına və haqsız yerə onlar üçün milli dil, bizim üçün isə əcnəbi və yad sayılan bir dilin gəlişməsinə xərclənir. Bütün bunlar fars dilinin təşviqinə dair ayrılan büdcənin yalnız bir qismidir. Sərvətimizin trilyonlarla tümən pulu da ölkənin təhsil sisteminə, kitab, jurnal nəşrinə və fars dilinin tərəqqisinə sərf olunur. Azərbaycan türkcəsi və başqa etnik xalqların dilinin, eləcə də mədəniyyətinin ölkə büdcəsindəki payı sıfır tüməndir.
İranda farsyönümlü faşizm, fars dilini və mədəniyyətini birtərəfli, habelə ədalətsiz şəkildə dəstəkləməklə, bu dili qatil bir dilə çevirib. Bununla da başqa millətlərin, etnik xalqların dili, mədəniyyəti, tarixi, milli kimliyi tədricən məhv olur. Beləcə, İran hökuməti mədəni soyqırımı planını həyata keçirir. Pəhləvi faşist siyasəti, anti-insani və şovinist “İrançılıq” dialoqu hələ də davam etməkdədir. Azərbaycan və başqa qeyri-fars xalqların İran məclisindəki nümayəndələri avam aldadan şüarlar səsləndirməkdən, bu zalım siyasəti tərifləməkdən başqa bir şey etmirlər.
Xatırladaq ki, həmin dövlət büdcəsi Azərbaycan, Kürdüstan və başqa etnik xalqların millət vəkillərinin təyidi və müsbət rəyi ilə təsvib edilib. Nəticədə bizim milət vəkillərimiz də Azərbaycan xalqına və ayrı qeyri-fars millətlərinə qarşı edilən bu tarixi zülmə ortaqdırlar”.

Related Articles

Bir cavab yazın

Back to top button