İran

İran Beynəlxalq Atom Enerji Agentliyinin təklifini rədd edib

 

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Qrossinin nüvə danışıqlarını canlandırmaq üçün yeni razılaşma imzalamaq təklifini rədd edib. Bu barədə İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki səfiri Kazım Qəribabadi tvitterdə bildirib.
“Öhdəliklərin necə həyata keçirilməsi barədə hər hansı qiymətləndirmə təqdim etmək qurumun səlahiyyətlərindən tamamilə kənardır və bunu etməkdən çəkinmək lazımdır”, – deyə o, qeyd edib.
Bildirək ki, Rafael Qrossi “Reuters”ə müsahibəsində deyib ki, Co Bayden gələn ay öz vəzifəsinin icrasına başlayan zaman İranın nüvə proqramı ilə bağlı razılaşmanın yenidən qüvvəyə minməsi mümkün görünmür. Buna səbəb İran tərəfindən öhdəliklərlə bağlı çox sayda pozuntunun müşahidə olunmasıdır.
Xatırladaq ki, 2018-ci ildə Donald Tramp bu razılaşamdan çıxıb və İrana qarşı sanksiyalar tətbiq edib. Buna cavab olaraq İran sözügedən razılaşmanın müəyyən öhdəliklərini pozub.

Related Articles

Bir cavab yazın

Back to top button