İran

Azərbaycanlı milli fəal Məhəmməd Mahmudi Təbriz İnqilab Daadqahında həbs cəzasına məhkum edildi!

Azərbaycanlı milli fəal Məhəmməd Mahmudu, Təbrizin İnqilab Daadqahının birinci şöbəsinin çıxardığı rəy əsasında 4 ay həbs cəzasına məhkum edilib.

Bu gün, ordibeheştin 25-də İran rejiminin İnqilab Daadqahının Təbrizdəki birinci şöbəsindən bu azərbaycanlı milli fəalın vəkilinə şifahi olaraq bildirilən daadnaməyə əsasən, o, “rejim əleyhinə təbliğat” ittihamı ilə 4 ay həbs cəzası alıb və bu daadqahın qazisi Rəhim Həmlbər, Mahmudini “qanunsuz Gamac qrupuna üzv olmaq” ittihamından təbrəə hökmü verib.

Bu türk mədəni fəalı, ötən ilin aban ayının sonlarında Əkbər Muhaciri, Şahin Bərzegər, Davud Şiri, Əyyub Şiri, Rzbeh Piri, Yaşar Piri və Naser Xulusi və Babək Hüseyni Müqəddəm də daxil olmaqla bir qrup azərbaycanlı mədəni fəallarla birlikdə benzinin qiymətinin qəfil bahalaşmasına qarşı qatıldıqları etirazlar zamanı Təbrizdə həbs edilib və təqribən 100 günlük həbsdən sonra, 7 isfənd 1398-ci ildə 600 milyon tümənlik vəsiqə qarşılığında azad edilib.

Related Articles

Bir cavab yazın

Back to top button