İran

XARİCİ ÖLKƏDƏ YAŞAYAN İRANLILAR ÖLKƏNİ NECƏ TƏMSİL EDİR?

Xaric ölkələrdə yaşayan İranlılar və bitməyən haşiyələri saymaqla bitməz.

Son zamanlar xarici ölkələrə muhacirət ciddi şəkildə çoxalıb. Buna səbəb ölkədə iqtisadi vəziyətinin çətinləşməsi və gənc nəslin arzu etdiyi şəxsi azadlıqların daha da boğulmasıdır. Türkiyə və hətta Gürcustan kimi ölkələrə minlərlə İranlı muhacirət edib. Özəl bir təxəssusları və dil bilgisi olmayan iranlı getdiyi ölkənin kültürünə uyum sağlamaqda da çətinlik çəkir. İran coğrafi olaraq dünya muxəddirə maddaləri ticarətinin koridoru üstündə yerləşir. Qızıl müsəlləs və ya qızıl hilal adlandırılan bu ticarət dünyanın ən çox qazanc gətirdiyi qaçaqlarından sayılır. Bu maddi qaynağın ortasında olan İran muxəddirə maddələrin Əfqanistan-dan Avropaya aparılması üçün bir koridor rolu oynuyur. Qanunların zəfi və İran hakimiyyətinin bu məsələyə göz yumması muxəddirə maddələrinin İran-da istifadəsini getdikcə asanlaşdırdı.
Muxəddirə maddəsinin İran-dan Avropa-ya yayılmasının yollarının biri də Türkiyə-dən keçir. Türkiyə dövləti bu məsələylə ciddi mübarizə aparır. İranlı qaçaqçılar polisin əlinə düşməklə ifşa olunur. Dünyanın ən məşhur hava limanlarindan sayılan İstanbul Hava Limanında ilk muxəddirə əməliyyatında tutulanlar iranlı çıxdı. Bu Türkiyə medialarında də geniş yer aldı.

Habelə Türkiyədə muxəddirənin yayılıb satılmasında da İranlı muhacirlərinin əli var. Bu məsələ təkcə Türkiyə-yə ilə bitmir. Gürcustan, Azərbaycan Cumhuriyyəti, Ermənistan, Rusiyə, Malezi və Avropanın bir çox yerində də muxəddirə qaçağının əsas qolları hər zaman İranlılar hesab olunub.
İki il bundan qabaq yayılan bir məlumata görə dünyada 3 min nəfərdən çox İranlı məhbus var. Onların əksəriyyəti muxəddirə maddələriylə bağlı olduğu üçün tutulub. Bir neçə dəfə İranın höküməti zindanilərin İran-a intiqalı haqqında açıqlamalar versələr də, bu məsələ haqqında ətraflı bilgi almaq mümkün olmadı.
İran İslam Cumhuriyyəti hər zaman muxəddirə maddələrlə mübarizə apardığını deyib. Görünür, ölkədə bu maddələrin yayqınlaşması və böyük miqdarda qaçağın Avropya kimi çatması hakimiyyəti ciddi ittiham altında qoyub. İran-da azad rəsanə olmadığı üçün bu məsələlərə dəqiq aydınlıq gətirmək çox çətindir.

Bütün bu rüsvayçılıqlara baxmayaraq, insanların çoxu daha rahat bir həyat üçün öz doğma yurdlarından köçmək zorunda qalıb.Bütün bunlar isə mühacir iranlıların nüfuzuna təsir edib. Hətta bəzi xırda şəhərlərdə İranlılara ev icarə vermək istəmirlər.
Ancaq görünür ki, İrandakı çətinliklərə görə ölkədən köçənlər daha da çoxalacaq. Dəyən ziyanın cübranı uzun illər alacaq.

Related Articles

Bir cavab yazın

Back to top button