İran

Azərbaycanlı siyasi məhbus mürəxəsiyə buraxılıb

ANT-ə gələn bilgilərə görə,  azərbaycanlı siyasi məhbus Əli Vasiqi vəsiqə qarşılığında mürəxəsiyə buraxılıb.

O,  dünən 50 milyon tümənlik vəsiqə qarşlığında  bir həftəlik murəxəsiyə çıxa bilib.

Artırmalıyıq ki, irqçi Tehran hakimiyyəti Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəallar Əli Vasiqi qardaşlarını toplam 5 il həbsə məhkum edib. Əli Vasiqini 3 il  qardaşı Riza Vasiqi isə 2 il həbsə məhkum olublar.

Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbə qa:zisi Məhdəviradın başçılığı ilə iki qardaş Əli və Rza Vasiqini, “Vərəqələr yaymaqla sistemə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək” ittihamları ilə 5 il həbs cəzasına məhkum edib.

Bu qərar avqustun 18-də Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsinin dəftərində şifahi olaraq azərbaycanlı fəallara elan edilib.

1985-ci ildə Ərdəbildə anadan olan Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button