Azərbaycan

Azərbaycanlılar Amerikanin Boston şəhərində etiraz aksiyası keçiriblər

14 mars tarixində Yeni İngiltərə Amerika Azərbaycanlıları Boston şəhərində hökumət evi qarşısına toplaşıblar. Etirazın səbəbi beynəlxalq səviyyədə tanınan Xocalı faciəsinin anma günü ilə ilgili Boston bələdiyə başqanı Marti Volşun imzaladığı bəyannaməni erməni lobbi qruplarının basqısı ilə geri çəkməsi və üzr istəməsi olub. Belə ki, bələdiyyə başqanı Volşun dəftərinin Azərbaycan toplumu ilə vaxtında və ardıcıl ilgi qurmaması birtərəfli və ayrı-seçkili qərarın verilməsi ilə nəticələnib. Volşun erməni lobbi qruplarını dəstəkləyən ədalətsiz davranışı Azərbaycan icmasında böyük narazılıq yaradıb. Bələdiyə başqanı insan hüquqları faciəsi tarixi ilə bağlı gerçəyi inkar etməklə yanaşı bu qərarla açıq şəkildə Amerikada yaşayan Azərbaycan icmasının səslərini kənarlaşdırıb. Etirazçılar Xocalı qətliamı haqqında Boston Globe, Washington Post, New York Times, Newsweek, The Independent, and The Guardian kimi nüfuzlu mətbu orqanlarda sənədləşdirilmiş və işıqlandırılmış məlumatları oxuyaraq mer Uolşun diqqətinə çatdırıblar. Eləcə də bərabər şəkildə toplumun hüquq və maraqlarının təmsil olunmasını tələb edib.

Related Articles

Bir cavab yazın

Back to top button