Dünya

Bəhreyn və İsrail münasibətləri düzəltməyə razı olub

Amerika Prezidenti Donald Tramp öz tvitter hesabında Bəhreynlə İsrail arasında münasibətlərin düzəlməsi barədə xəbər verib. Amerika, Bəhreyn və İsrail tərəfindən durumla ilgili açıqlama yayılıb. Burada münasibətlərin düzəlməsi Orta Şərqdə sülhün gəlişməsində “tarixi bir addım” olaraq qiymətləndirilib. İsrail ilə Bəhreyn arasındakı birbaşa danışıq və ilgilərin qurulmasının Orta Şərqdə “müsbət dəyişikliyi” davam etdirəcəyi vurğulanıb. Habelə bölgədə sabitlik, əmniyət və müvəffəqiyyətin artmasına səbəb olacağı bəyan edilib. Açıqlamaya görə, İsrail-Fələstin böhranının “hərtərəfli, ədalətli və davamlı” həlli üçün çalışmalar davam etdiriləcək. Bu işlər Fələstin xalqının öz potənsialini tam şəkildə gerçəkləşdirməsi üçün görüləcək.

Related Articles

Bir cavab yazın

Back to top button