İran

Bəluçların öldürülməsi barədə məlumat verən həkim yoxa çıxıb

Bəluç fəalların yazdığına görə, nevroloq və onurğa mütəxəssisi doktor Əşkan Puyan bəluç etirazçıların hökumət məmurlarının atəşi nəticəsində öldürüldüyünü təsdiq etdikdən sonra yoxa çıxıb.

O, Zahidanda bəluçlarn qətliamından sonra özünün “instaqram” hesabında məsələ ilə bağlı paylaşım etmişdi.

“Öldürülənlər hücum etməyiblər, onlar hücum etsəydilər sinə və bədənlərinin ön nahiyələrindən yaralanardılar. Halbuki onların hamısı arxadan vurulublar”,- deyə, Əşkan Puyan bildirmişdi.

Bu paylaşımdan sonra adı çəkilən hkimin yoxa çıxması və paylaşımının da instaqram hesabından silinməsinə görə, fəallar onun təhlükəsizlik məmurları tərəfindən oğurandığını və ya öldürüldüyünü ehtimal edirlər.

Qeyd edək ki, 30 sentyabrda Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində hökumət qüvvələrinin əhaliyə odlu silahlardan açdığı atəş nəticəsində onlarla insan ölüb, yüzlərlə insan isə yaralanıb.

Oktyabrın 7-ə olan son məlumata görə, hadisə zamanı ölənlərin sayı 91 nəfərə çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button