İran

BƏZİ QƏRARLAR VİRUSDAN DAHA XƏTƏRLİDİR

Qumdakı bəzi müdiriyət qərarları, koronadan yüz qat daha xətərlidir
Qum ostandarının İqtisadi İşlər üzrə Koordinasiya müavini Mehrdad Qəzənfəri, belə deyib. Tolid və sərmaya yatıma ilə bağlı təməllərin təmin edilməsində bəzi ostan məsullarının qərarları Korondan 100 qat daha xətərlidir və Qumdakı iştiğal və sənaye işlərini pozur.
Qum Sənaye Şəhrəkləri Şirkətinin fəaliyətlərini tənqid edərək vurğulayıb ki, bu sahədə heçbir fiziki tərəqqi izləri görünmür.”
“Bu şəhrək bir daha bu cür başlıqlarla məktub və ya yazışma yazsa, mediada yayımlanacaq.”

O dedi: “Qum Sənaye Şəhrəkləri Şirkətinin fəaliyyətinə gəlincə, sərmayadarlardan çoxlu etirazı var, şəhrəkin müdüriyəti bu etirazlara cavab verməlidir.”
Qumun Əl-Qədir şəhrəkində ərazi təhvili Tir ayının 1-dən etibarən başlayacaq.
Qəzənfəri əlavə etdi: Əl-Qədir şəhrəkində lazimi qaz ilin birinci yarısının sonunadək verilməlidir və sərmaya qoymaq fəaliyyətinə başlamaq üçün bu şəhrəkin elektrik enerjisi və suyu hazırdır.

Qumun Şukuhiyə, Əl-Qədir, Çap və Nəşr, Sələfçəqan, Mahmudabad və İttilaat və İrtibatat teknolojiləri olmaqla yeddi sənaye şəhrəki və Xorabad, Dəstcerd, Siro və Toğrud olmaqla dörd sənaye nahiyəsi var.

Ostanda mövcud sənaye və mədən bölmələrinə qoyulan sərmayanın həcmi 49 min 562 milyard riyaldan çoxdur, bu həcmdə sərmaya ilə 2 min 217 sənaye və mədən vahidi ilə 56 min 123 nəfərə iş imkanı yaradılıb.

Related Articles

Bir cavab yazın

Back to top button