BölgəDünya

İRAQDA ETİRAZLAR BAŞLADI

Bəsrədə bir etirazçı öldürüldü

Sumeriyə Xəbər Ajansının verdiyi məlumata görə, İraqın cənubundakı Bəsrə ustanında etirazlar zamanı bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Deyilənlərə görə Əmniyət qüvvələri bölgədə sərt tədbirlər görüb.
Etirazlar İraqın bir sıra ustanlarını da bürüyüb. Təzahurata qatılan yüzlərlə vətəndaş mövcud nizamın və xidmətlərin göstərilməsində dəyişiklik edilməsini, fəsad və fasid şəxslərin aradan qaldırılmasını və günahkarların cəzalandırılmasını istəyiblər.

İraqın yeni dövlətinin işə başlamasından cəmi bir neçə gün keçməsinə baxmayaraq, yüzlərlə iraqlı bazar günü paytaxt Bağdadda bir daha dövlətin dəyişdirilməsini və dolanışıq ehtiyaclarının təmin edilməsini istəyərək etiraz ediblər.

Yüzlərlə iraqlı Bağdaddakı əl-Cümhuri körpüsündə etiraz keçirərək və İraq bayrağını dalğalandırmaqla, yolu bağlamaq üçün təkərləri yandırıblar.

Related Articles

Bir cavab yazın

Back to top button