Dünya

“Bakı hərbi qələbənin bir addımlığındadır, bəlkə də sayılı saatlar qalır” – Sergey Markov

“Azərbaycan Dağlıq Qarabağda hərbi qələbəyə yaxındır. Bəlkə də cəmi bir neçə saatdan sonra Azərbaycan ordusu elə mövqelərə çıxacaq ki, həmin mövqelər Ermənistanla Dağlıq Qarabağı birləşdirən cənub Laçın dəhlizini atəş altında saxlamağa və bağlamağa imkan verəcək”.

Bu barədə rusiyalı tanınmış politoloq Sergey Makarov öz Facebook səhifəsində yazıb.

“Şimal dəhlizi təxminən bir həftə əvvəl artıq bloklanmışdı. Orada hər şey atəş altındadır. Və Azərbaycan ordusu havada tam üstünlüyə malikdir. Dağlıq Qarabağa aparan cənub dəhlizinin hərbi blokasındadan sonra isə Ermənistan ordusunun mövqeyi tamamilə ümidsiz olacaq. Bunsan sonra müharibənin davam etməsi sadəcə, erməni hərbi formasında olan insanların qırğınına çevriləcək. Bu artıq heç kimə lazım deyil. Ona görə də düşünürəm ki, bu hərbi qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev atəşi dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bəyan edəcək. Bu, artıq barışıq haqda deyil, sülh haqda danışıqları olacaq. Sülh şərtləri haqda olacaq. Erməni qoşunlarının Azərbaycanın bütün ərazilərindən tam çıxarılması şərtləri haqqa olacaq. Və erməni əhalisinin vəziyyəti haqqında olacaq. Rusiya bu danışıqlarda əsas təşkilatçı və vasitəçi olacaq. Vladimir Putinin çıxışı elə bu barədə idi – baxmayaraq ki, heç də hamı bunu başa düşmədi. Və Putin artıq bilirdi ki, bir neçə saat sonra bölgədəki geosiyasi vəziyyət kökündən dəyişəcək. Azərbaycan hərbi qələbəyə yaxındır” – Markov yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button