Dünya

Bayden Ərdoğanı iqlim məsələləri üzrə sammitə dəvət edib

Amerika Prezidenti Cozef Bayden dünyanın 40 ölkəsinin liderini 22-23 avril tarixlərində onlayn formada keçiriləcək iqlim məsələləri üzrə beynəlxalq toplantıya dəvət edib. Bu barədə Ağ Ev məlumat yayıb. Toplantının canlı yayımlanacağı bildirilib. Açıqlamaya görə, Bayden vəzifəsinin icrasına başladığı ilk gün Amerikanın keçmiş prezidenti Donald Trampın tərk etdiyi Paris üzrə İqlim Müqaviləsinə yenidən qayıdıb. Qeyd edilir ki, Amerika rəhbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı da toplantıya dəvət edib. O, Türkiyə liderinə bununla bağlı məktub göndərib. Dünyanın 40 ölkəsinin liderləri listəsində Türkiyə Prezidenti ilə yanaşı, Kanadanın Baş vəziri Castin Tryudo, Çin lideri Si Çzinpin, Avropa Birliyi Şurasının prezidenti Çarlz Mişel, Fransa Prezidenti Emmanuel Makron, Almaniya baş vəziri Angela Merkel, Rusiyanın dövlət başçısı Vladimir Putin, Britaniyanın Baş vəziri Boris Conson, habelə başqa dövlət və hökumət rəhbərlərinin adları var.

Related Articles

Bir cavab yazın

Back to top button