Bölgə

Bayden ilə Əşrəf Qəninin telefon danışığından bəlli olub ki, bu iki rəhbər Talibanın Kabilə həmlə edəcəyinə bilgili olmayıblar.

Bayden ilə Əşrəf Qəninin Murdad ayının birində telefon danışığının nəşr olunması ilə bəlli olub ki, bu iki rəhbər Talibanın Kabilə həmlə edib təsərrüf edəcəyinə bilgili olmayıblar və bunun olacağını gözləmirmişlər

Bayden ilə Əşrəf Qəninin Murdad ayının birində telefon danışığının nəşr olunması ilə bəlli olub ki, bu iki rəhbər Talibanın Kabilə həmlə edib təsərrüf edəcəyinə bilgili olmayıblar və bunun olacağını gözləmirmişlər. Onlar bu təmasda nizami yardım göndərilməsi və siyasi stratejilər barədə danışıblar və bundan bəlli olunub ki, Talibanın Əfqanıstana sütlə edəcəyi barədə əsla bilgiləri və qarşısını almağa hazırlıqları olmayıb. Royterz bir bilgili qayanq vasitəsi ilə əldə etdiyi bu danışığa istinadən rapor edib: Bayden bu təmasda Əşrəf Qəniyə deyib ki, mövcud böhranları kontrol etməyə hansısa bir tərh verə bilsə, Amerika Əfqanıstan ordusunu hava qüvvələri ilə himayət edə bilər. Bayden habelə deyib ki, Qəni 300 min silahlı qüvvə ilə “ən yaxşı ordunun” başında durur. Co Bayden eləcə Əşrəf Qəniyə deyib: “biz yalnız sizin dövlətinizin qorunacağına deyil habelə güclənəcəyinə və gəlişməsinə arxayın olmaq üçün kəskin diplomatik, siyasi və iqtisadi təlaşlarımızı davam etdiririk.”. Ağ Ev bu danışıq barədə hələ fikrini bildirməyib. Ağ Evin sözçüsü Cen Psaki, Şəhrivər ayının 9-u keçirdiyi öz xəbər yığıncağında Co Baydenin Sentiyabr ayının 11-də Amerika qüvvələrini Əfqanıstandan çıxaracağını dediyi bir ahlda bu işi niyə tez edib sualına cavab olaraq deyib: “Ordunun başçıları Baydenə demişdilər ki, 120 günlük bir müddətdə bu ölkədən çıxa və boşlada biləcəklər.”. BMT-nin baş dəbiri Antonio Qutereş isə bir bəyaniyyə ilə dünya ölkələrindən istəyib ki, Əfqanıstan xalqına “bu ən qaranlıq günlərdə” yardım etsinlər. Əfqanıstanın cəmiyyətinin yarısı diri qalmaq üçün insansevər yardımlara ehtiyacları vardır. Əfqanıstan ilkin xidmətlərin dağılması təhlükəsinə tuş gəlib.

Related Articles

Bir cavab yazın

Back to top button