az

Bayden: “İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik”

Amerikanın yeni seçilmiş prezidenti Co Bayden İranın atom silahı əldə etməsinə mane olacağını bildirib.
“Amerikanın atom razılaşmasından çıxması yöndə Trampın gördüyü işlər Tehranı atom silahına çatmağa daha da yaxınlaşdırdı. Tramp dövləti həmin əməli ilə İranın atom maddələrinə yiyələnmə bacarığını artırıb”, – deyə Bayden vurğulayıb.
O, Möhsün Fəxrizadənin öldürülməsinin Amerika-İran münasibətlərinə təsiri məsələsinə də aydınlıq gətirib. Bayden bildirib ki, indiki durumda həmin olayın mövcud şəraiti nə qədər kəskinləşdirəcəyini demək çətindir.
Co Bayden, habelə gələcək dövlətin koronavirusla mübarizə üzrə üstün tutacağı işlər barədə də danışb. Onun sözlərinə görə, Amerikada maskın taxılması 100 gün müddətinə məcburi olacaq. Bu, həmin mərizliyə tutulma sayının kəskin azalmasına səbəb ola bilər.

Related Articles

Bir cavab yazın

Back to top button