Azərbaycan

Ermənilər Qarabağda vandalizm aktları törədiblər

Qarabağda nizami əməliyyatların bitməsi barədə Azərbaycan, Rusiya prezidentləri ilə Ermənistan baş baxanının birgə bəyanat imzalamasından 6 aya yaxın zaman keçir. Belə ki, Azərbaycan keçən il septambrın 27-də başlayan 44 günlük savaşda tarixi zəfər qazanaraq işğal altındakı torpaqlarını azad edib. Təəssüflə qeyd etməliyik ki, işğaldan azad olunmuş yerlərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər dağıdılıb, üstəlik eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunub. Bununla da millətimizin milli-mənəvi dəyərləri təhqir edilib. Ermənistan tərəfinin vəhşiliyi yalnız müsəlman abidələrinə deyil, eləcə də məsihilərin tarixi-dini abidələrinə münasibətdə də özünü göstərib. Ermənistanın bu cür davranışları bir çox uluslarası sənədlərin, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiyon”nun, “Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyonunun, “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiyon”un müddəalarının kobud şəkildə pozulması deməkdir. Hazırda Azərbaycan Cümhuriyyəti azad edilən bölgələrdə yenidənquurma işləri başladıb. Bildirək ki, Ermənistan üçtərəfli bəyanatı imzalamasına baxmayaraq, təxribat karakterli əməllərindən vaz keçmir. Ən son olay Paşinyanın avrilin 21-də Zəngəzur vilayətinə səfərindən sonra Azərbaycan-Ermənistan dövlət sınırında yaşanıb. Azərbaycan Cümhuriyyəti bu kimi olayların təkrarlanması durumunda ən kəskin cavab tədbirlərinin görüləcəyi barədə Ermənistanı uyarıb.

Related Articles

Bir cavab yazın

Back to top button