
İsrailin savunma vəziri Beni Qants dünya güclərinin Vyəndə İranla apardığı atom danışıqlarından və Tehranla imzalana biləcək yeni atom anlaşmasından danışıb.
Septambrın 14-də Amerikanın nüfuzlu “Foreign Policy” dərgisinə müsahibə verən israilli vəzir deyib ki, İsrail bir sıra şərtlərlə Amerikanın 2015-ci ildə imzalanmış atom razılaşmasına qayıtmasını müsbət qarşılayacaq.
“Ancaq əgər İran atom proqramını yenidən gəlişdirərsə, o zaman biz nizami seçimə üstünlük verəcəyik.
Amerika dövlətinin məsələyə indiki yanaşması belədir ki, o İranın atom proqramını bəlli edilmiş çərçivəyə qaytarmağa çalışır. Biz isə bunu qəbul edirik. Amma həm də hesab edirik ki, danışıqlar məğlubiyyətə uğrasa, o zaman İrana ciddi güc sərgiləməyə hazırlaşmalıdır.
Bizim öngörümüzə görə, indi İranın atom bombası ürətimində istifadə olunan lazımı maddələr və qabiliyyət gücünə yiyələnməsi üçün iki-üç ay vaxta ehtiyacı var.
Elə buna görə hesab edirik ki, atom danışıqları uğursuz nəticə verəcəyi halda İrana qarşı iqtisadi basqılar gücləndirilməli, problemin həlli üçün nizami seçimə üstünlük verilməlidir”, -deyə Beni Qants bildirib.