İran

“Benzin etirazları”nda öldürülənlərin anaları Tehranda etiraza qalxdı

İranda 1398-ci ilin a:banda benzinin bahalaşmasına qarşı keçirilən etirazlarda əmniyət güclərinin güllələyərək öldürdüyü bir qrup gəncin anaları Tehranın Azadlıq meydanında etiraz mitinqi keçirib.

“ANT” xəbər verir ki, onlar əllərində öldürülmüş övladlarının təsvirlərini tutaraq hökumətə qarşı şüarlar səsləndirib, övladlarının qatillərinin cəzalandırılmasını istəyiblər.

Etirazlarda öldürülən Pejman Qalipurun anası millətə müraciət edərək “Qul olmaq yetər! Bizi dəstəkləməyinizi gözləmirik, özünüzü, öz cavanlarınızı dəstəkləyin!” şüarı səsləndirib.

Başqa videoda isə analar “biz haqqımızı istəyirik, əl-ələ verib hökuməti devirənə qədər çalışacağıq!” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, “Reuters”in məlumatına görə, həmin etirazlarda əmniyət gücləri azı 1500 nəfəri güllələyərək öldürmüşdü.

Related Articles

Bir cavab yazın

Back to top button