Qurum İran hakimiyyətinin buna görə cavab verməsini tələb edib.
İnsan haqları təşkilatı bildirib ki, Puya Turabinin barmaqlarının kəsilməsi mərasimi Evin həbsxanasında bir sıra məmurun iştirakı ilə baş tutub.
Barmaqları kəsildikdən sonra o Evin zindanından kənarda xəstəxanaya köçürülüb.
Bəyantada bundan başqa Seyid Bərat Hüseyni adlı məhkumun da barmaqlarının kəsildiyi, ona tibbi yardım göstərilmədiyi üçün infeksiya və ruhi problemlərdən əziyyət çəkdiyini bildirib.
“Bu amputasiyalar xüsusilə İran hakimiyyətinin insan haqları və insan ləyaqətinə hücumunun dəhşətli təzahürüdür. Amputasiya cəzası məhkəmə möhürü ilə həyata keçirilən işgəncədir və bu cinayət hesab edilir.
Bu növ cəzanın sifariş və ya həyata keçirilməsində rolu olan bütün şəxslər ədalətli mühakimə olunmal və cəzalandırılmalıdır”-deyə, Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika Ofisinin direktor müavini Diana Əl Təhavi bildirib.
Bəyanatda İran hökumətinin bu tip qəddar hərəkətlərə yol verməsinə baxmayaraq cəzasız qaldığı, bunun isə oxşar cəzaların başqa məhkumlar barəsində də tətbiqinə zəmin yaratdığı qeyd olunaraq beynəlxalq ictimaiyyətdən İran hökumətinə qarşı sərt tədbirlər görülməsi istənilib.
“Biz həmçinin bütün ölkələri universal hüquqi prinsipini tətbiq etməklə beynəlxalq hüquq çərçivəsində bu cür cinayətlərə görə məsuliyyət daşıyan İran hakimiyyətini cinayət işi üzrə araşdırmağa və mühakimə etməyə çağırırıq”-deyə, bəyanatın sonunda bildirilib.