Dünyaİran

Beynəlxalq əfv təşkilatı Abbas Lisani ilə bağlı paylaşım edib

Beynəlxalq Əfv Təşkilatının rəsmi tuiter səhifəsində tanınmış siyasi məhbus Abbas Lisani ilə bağlı paylaşım edilib. Paylaşımda İran hökuməti azərbaycanlı milli, mədəni fəal Abbas Lisanini azad etməyə çağırılıb. Təşkilat Ərdəbil zindanında 15 illik həbs cəzasını çəkməkdə olan Lisani barədə bildirib:
“Uzun illərdən bəri İranda türklərin haqlarını müdafiə edən Abbas Lisani dəfələrlə ədalətsiz həbs, acımasız və qeyri-insani davranışlara məruz qalıb. O, daha bir bayramı evindən uzaq, həbsdə keçirir. Haqsız həbs müddəti davam edir. İran hökuməti onu bir an öncə azad etməlidir”. Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının İranda İnsan Haqları üzrə özəl raporçusu professor Cavid Rəhman 2021-ci il fevriyənin 9-da hazırladığı və marsın 21-də İnsan Hüquqları Şurasına təqdim etdiyi raporda Abbas Lisaninin durumu barədə nigaranlığını dilə gətirib. “2020-ci ilin culayında İran Ali Məhkəməsi Azərbaycan türkü, mədəni fəal Abbas Lisaniyə qarşı irəli sürülən “milli əmniyətə qarşı fəaliyyət” ittihamına görə 15 il həbs cəzasının yenidən nəzərdən keçirilməsini rədd edib”,-deyə o, qeyd edib. Vurğulayaq ki, Abbas Lisani dinc və mədəni fəaliyyətlərinə görə davamlı olaraq İranın əmniyət orqanlarının basqıları altında olan azsaylı fəallardandır. Lisaniyə qarşı qondarma ittihamların irəli sürülməsi, işgəncə, həbs, sürgün cəzası, psikoloji təsir və təhdid üçün ailəsinə aid maşının yandırılması edilən basqıların yalnız bir qismidir.

Related Articles

Bir cavab yazın

Back to top button