Dünya

Pakistan Milli Bayramını qeyd edir

Pakistan xalqı milli istiqlal günlərini bu il də çeşidli mərasimlər keçirməklə bayram edirlər.
Mərasimlər ölkənin müxtəlif bölgələrində, o cümlədən Pakistanın istiqlalının təməlini qoyan Məhəmmədəli Cinah və ölkənin milli şairi Məhəmməd İqbal Lahurinin qəbirləri üstündə keçirilib. Hər il olduğu kimi, bu il də nizami rejənin keçirilməsi nəzərdə tutulsa da, hava şəraiti ilə bağlı olaraq bu tədbir marsın 25-nə təxirə salınıb. Ölkə prezidenti Arif Ələvi Pakistanın iqtisadi baxımdan güclü bir ölkəyə çevrilmək potensialına sahib olduğunu açıqlayıb. O vurğulayıb ki, bütün dünya ölkələri Camu-Kəşmirdə Hind tərəfindən insan haqlarının pozulduğu barədə məlumatlandırılmalıdır.
Pakistanın baş vəziri Ömər Xan bu ölkənin Camu-Kəşmir xalqı ilə bir olduğunu diqqətə çatdırıb. O, Kəşmir xalqınının mənəvi, siyasi və diplomatik himayəsini davam etdirəcəyini dilə gətirib.

Related Articles

Bir cavab yazın

Back to top button