İran

Beyrutdakı dəhşətli partlayışa təpkilər

Dünən axşam saatlarında Lubnanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Bu partlayışın qurbanlarının və yaralıların sayı hər saat artmaqdadır.
Beyrut jurnalistlərinin məlumatlarına görə, Beyrut əhalisi hələ də baş verənlərin təsirindən ayılmayıblar. Belə ki, paytaxtın bəzi bölgələrində xəsarət dəyən evlər, maşınlar və xiyabanlar savaşdan qalan bir şəhəri xatırladır.
Faciəyə təpkilər və fərziyələr hadisənin baş verdiyi ilk saatlardan başlayıb. Əl-Ərəbiyyə televizyon kanalı kimi bölgənin bir sıra ərəb mətbuatı partlayışın Lubnanın “Hizbullah” qrupunun raket anbarında baş verdiyini bildirib.
İsrailin Haaretz qəzeti də öncə belə bir fərziyə irəli sürsə də, sonradan bu xəbəri veb saytından silib.
Bəziləri, Beyrutdakı dəhşətli partlayışın “İran və Hizbullahın raket anbarında” baş verən partlayışın nəticəsi olduğunu iddia ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button