Dünya

Bidzina İvanişvili siyasətdən getdiyini bəyan etdi

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının sədri Bidzina İvanişvili ikinci dəfə siyasəti tərk edib.

Bunu o, yaydığı açıq məktubda bəyan edib.

“Mən siyasətdən birdəfəlik getməyi və idarəçiliyi tamamilə tərk etməyi qərara aldım. Hesab edirəm ki, mənim missiyam başa çatıb”, – deyə İvanişvili yazıb.

Bidzina İvanişvili 18 fevral 1956-cı ildə Saçxer rayonunun Cırvila kəndində (İmereti regionu, Qərbi Gürcüstan) anadan olub. O, varidatını 1990-cı illərdə Rusiyada qazanıb, daha sonra Gürcüstana köçüb və uzun müddət xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub.

Onu da qeyd edək ki, milyarder B.İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. O, 2013-cü ildə siyasətdən getsə də, 2018-ci ildə yenidən siyasətə qoşulub və həmin ilin mayından hakim partiyaya rəhbərlik edib.

Related Articles

Bir cavab yazın

Back to top button