İran

İran Ermənistanla əməkdaşlıq əlaqələrini genişləndirir

Şimali Xorasan ustanının Elm və Teknoloji Parkının sadiratçı bonqahları gələn həftə Ermənistana səfər edəcək.

Bu barədə sözügedən parkın fənni bazarının müdiri Nasir Lütfi məlumat verib. O, brokerlərinin keçən ildən fəaliyyətə başladığını qeyd edərək bildirib: “Həmin şəxslərin fəaliyyəti yeni sadirat bazarlarının tapılmasına böyük təsir göstərir. Ermənistandakı toplantıdan sonra ustanda teknoloji şirkətlərin ticari heyətlərinin ezamı və qəbul edilməsi həyata keçiriləcək. Elm və Teknoloji Parkının sadiratçı brokerləri Türkiyədə də toplantı keçirməyə hazırlaşır”.

Nasir Lütfinin sözlərinə görə, həmin şirkətlər tərəfindən bu il heç bir sadirat olmayıb. Bunun səbəblərindən biri də təhrimlər və koronavirus problemidir. Qeyd edək ki, İran hökuməti Azərbaycan və Türkiyə ilə dost ölkə olduğunu dəfələrlə iddia edib. Ancaq həmişə öz bölgəsəl siyasətində bunun tərsini sübut edib. Bunun əsas nümunəsi İranın Ermənistanla dostluq və iqtisadi-siyasi münasibətlərini genişləndirməyə çalışmasıdır.

Qarabağ savaşı dövründə İran Azərbaycanın haqlı savaşı ilə bağlı ikibaşlı siyasət yürüdüb. Savaşın Azərbaycanın xeyrinə bitdiyini görən İran məqamları öz siyasi yönlərini dəyişiblər. Beləliklə, Azərbaycanın torpaq bütövlüyünü və işğal altındakı ərazilərin azad edilməsini dəstəkləməyə başlayıblar.

İran höküməti Qarabağın yenidən qurulması projələrində yer almağa çalışır. Bununla yanaşı əzəli dostu Ermənistanla da ilişkilərini hər keçən gün artırmağa davam edir. Və indi də var Rus kamazlarını Ənzəli bəndərindən ermənistana daşımaqda davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button