Azərbaycan

Biləsuvar gömrüyündə ixracat 30 faiz artıb

Biləsuvar Muğan bölgəsinin fərmandarı Həsən Qubadi bildirib ki, Biləsuvar gömrüyündən mal sadiratının həcmi öncəki illə müqayisədə yüzdə 30 artıb. Belə ki, bu il gömrükdən Rusiya, Gürcüstan və Azərbaycana 136 milyon dollar dəyərində 132 min ton mal və məhsul sadir edilib.
Məlumata görə, bu ilin doqquz ayında Biləsuvar gömrük məntəqəsindən 6 milyon 5 min dollar dəyərində 5 min 170 ton məhsul ölkəyə varid edilib. Bu da ötən ilin eyni dövrünə nisbətdə yüzdə 25 azalma deməkdir.
Həsən Qubadi qeyd edib ki, əsas sadirat məhsulları içərisində yer alması, şüşə, kaşi və seramik, plastik mallar, habelə filiz məhsulları geniş yer tutur.

Related Articles

Bir cavab yazın

Back to top button