İran

İranda səhiyyə problemi

İranda sağlıq sisteminin gəlişməsi yönündə lazımi tədbirlərin icra olunmaması ölkə əhalisi arasında təhlükəli infeksionun sürətlə yayılmasına səbəb olub. Belə ki, bütün dünyada koronavirus mərizliyi ilə mübarizədə əmniyyət tədbirlərinin görülməsinə rəğmən, İranda bu məsələ diqqət mərkəzində saxlanılmadı. Buna görə də ölkədə virusa yoluxma və mərizlikdən ölüm amarları yüksək həddə çatdı. Xatırladaq ki, janviyənin 8-də İran rəsmisi Əli Xamenei dövlət televiziyasında çıxış edərək Böyük Britaniya və Amerikada tolid olunan vaksinlərin ölkəyə varidatına qadağa qoydu. Əli Xamenei təkidlə bu ölkələrin tolidi olan vaksinlərin keyfiyyətinə güvənmədiyini dilə gətirdi. Bundan başqa, o, Fransa vaksinlərinin də etibarlı olmadığını vurğuladı. O, çıxışı zamanı Çinin “Sinovac” və Rusiyanın “Sputnik V” vaksinlərinə işarə edib. Bununla da İranın Rusiya tolidi olan “Sputnik V” vaksininin əldə edilməsi üçün danışıqların aparıldığı bildirilib. Hazırda İran koronavirusa qarşı öz vaksinini tolid edir. Vaksinin bu ilin yaz aylarında hazır olacağı gözlənilir. “Kovo-İran” dərmanının artıq könüllülər üzərində sınaqdan keçirildiyi də açıqlanıb. Beləliklə, İran məclisi Əli Xameneinin çıxışından sonra ölkəyə xarici vaksinlərin gətirilməsini qadağan edib. İranın Sağlıq vəziri Səid Nəməki də Əli Xameneinin fikirlərini dəstəkləyib. Nəməkinin bu sözləri sosial mediada geniş etirazlara səbəb olub. Ancaq İran mediası bu durumla bağlı heç bir məlumat yaymayıb. Xamenei koronavirusun yayılmağa başladığı ilk vaxtlarda bu mərizliyi Amerikanın timsalında bir sıra qərb ölkələrinin oyunu adlandırıb. Onun bu sözləri ictimai qınağa səbəb olub.
Qeyd edək ki, İranda bütün sahələrdə Sepah qüvvəsi hökm sürür. Mərizliyin yeni yayıldığı vaxtlarda Sepah koronavirusu bəlli edən dəstqah ixtira etdiyini iddia etdi. Bu dəstqahın ilk dəfə İranda hazırlandığı açıqlandı. Ancaq daha sonra onların ixtiralarının heç bir elmi əsası olmadığı ortaya çıxdı. İndi də “Sepah”a bağlı qüvvələr tərəfindən yerli koronavirus vaksininin hazırlandığı vurğulanır. Əli Xameneinin açıq bir şəkildə vaksinin gətirilməsini yasaqlaması əhalinin ciddi narahatlığına səbəb olub. Hər gün onlarla insanın koronavirusun qurbanına çevrildiyi İranda vaksin mübahisəsi durumu daha da çətinləşdirir.

Related Articles

Bir cavab yazın

Back to top button