Dünya

Rusiya Baydenin andiçmə mərasiminə dəvət aldı

Rusiya tərəfi ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasiminə dəvət alıb.

Rusiyanın Vaşinqtondakı səfirliyindən müvafiq dəvətin alındığı təsdiqlənib.

Diplomatik nümayəndəlikdən Moskvanın mərasimdə səfir səviyyəsində iştirak etməyi planlaşdırdığı bildirilib.

Qeyd edək ki, Bayden ötən il noyabrda keçirilən prezident seçkilərində 270-dən çox seçici səsi alaraq qalib gəlib. Onun andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button