İran

Biləsuvar gömrüyündə ixracat artıb

Ötən il Biləsuvar Gömrüyündən 227 milyon dolar dəyərində 215 min ton mal sadir olunub. Bu da öncəki illə müqayisədə yüzdə 114 artım olduğunu göstərir. Məsələ ilə bağlı ordibehştin 27-də Muğanın Biləsuvar gömrüyünün baş müdiri Ramin Zəhiri bidirib. Onun sözlərinə görə, ən çox sadir edilən mallar arasında yeralma, şüşə, kaşı, seramik, plastik və dəmir əşyalar yer alıb. Qurum məsulu mal varidatı ilə də açıqlama verib. Bildirib ki, ölkəyə 10 milyon dolar mal varid olunub. Bu da 1398-ci ilə nisbətən yüzdə 36 azalma mənasını ifadə edir. Bu ilin ilk ayında isə Biləsuvar gömrüyündən Rusiya, Gürcüstan, Azərbaycan Cümhuriyyətinə 29 milyon dolar dəyərində 27 min ton mal sadir edilib. Nəticədə ötən ilin fərvərdin ayı ilə müqayisədə yüzdə 326 artım qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button