İran

Rəzəvi Xorasanda yağıntıların miqdarı azalıb

Rəzəvi Xorasanın Bölgə Su Şirkətinin amil müdiri Məhəmməd Əlayi yağıntıların miqdarının yüzdə 44 azaldığını açıqlayıb. Buna görə də adı çəkilən şirkətin suyun bölgüləndirilməsini, yəni cirəbəndisini icraya yönəltmək istədiyini diqqətə çatdırıb. Nəticədə yeraltı suların azalma təhlükəsinin qarşısının alınacağını bildirib. Qurum məsulu ötən ilin eyni dövründə əyalət sədlərində 800 milyon mükəəb-metr suyun toplandığını söyləyib. Bu il isə toplanan suyun miqdarı 7 milyon mükəəb-metr olub. Məhəmməd Əlayi quraqlıq dövründə əyalətin su ehtiyacının yüzdə 95-nin yeraltı qaynaqlar vasitəsilə təmin olunduğunu deyib. O, quraqlıqla mübarizə üçün su cirəbəndisindən istifadə etməyin gərəkliliyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button