BölgəDünya

Birləşmiş Ərəb Əmirlikləri əcnəbilərin vətəndaşlıq almasına icazə verəcək

İmarat Xəlicdə əcnəbilərin vətəndaşlıq almasına icazə verən ilk ölkə olacaq. Bu barədə “WAM” dövlət xəbər ajansı xəbər verib. Belə ki, vətəndaşlığa namizəd yatırımcı, həkim, ixtiraçı, elm adamı, ziyalı, sənətçi və onların ailə üzvləri ola bilərlər. Müraciətlər hökumət və yerli icra hakimiyyəti orqanları tərəfindən nəzərdən keçiriləcək. “İnkişafımıza töhfə verəcək yeni fərman istedadlı insanları cəlb etmək məqsədi daşıyır”, -deyə İmarat Baş vəziri Şeyx Məhəmməd İbn Rəşid Əl Məktumu bildirib. Məlumata görə, tələblər peşələrə görə dəyişir. Ancaq ümumi bir qayda olaraq namizəd ən azı 10 illik təcrübəyə və İmaratdakı səlahiyyətli şəxslərdən tövsiyə məktubuna sahib olmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button