Dünyaİran

Birləşmiş Millətlər Təşkilatı: “İran Husilərə hərbi yardım göndərib”

Birləşmiş Millətlər Təşkilatı İranın husi yaraqlılarına nizami dəstək verməsi ilə bağlı rapor hazırlayıb. Sənəddə İrana tabe qurumların Yəməndəki husi yaraqlılarına silah göndərdiyi bildirilib. Məsələ ilə bağlı “Reuters” ajansı məlumat yayıb. Məlumata görə, husilərin Yəməndə qanuni dövlətin və ya Ərəbistanın kontrolundakı şəhərlərə atdığı raketlər İran və Lübnan uzmanları tərəfindən hazırlanaraq husilərə ötürülüb.
Qeyd edək ki, Yəməndə qanuni dövləti qoruyan Ərəb Eetilafı bir neçə dəfə husilərin atdıqları raketləri nümayiş etdirib.
İran höküməti Yəməndə husi yaraqlılarına silah, siyasi və pul yardımı etməklə Orta Şərqdə, xüsusilə Ərəbistanda əmniyyəti pozaraq qarışıqlıq yaratmağa çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button