İran

İranda etiraz aksiyaları səngimir

İqtisadi böhran və yoxsulluq şəraitində İranda əhali etirazları səngimir. Hazırda ölkə vətəndaşlarının böyük bir qismi gündəlik ehtiyaclarını qarşılamaq üçün maddi çətinliklərlə üzləşib. Bununla yanaşı, məhsul qiymətlərindəki bahalaşma da bazarlarda alıcı qıtlığına səbəb olub. Bildirək ki, ölkədə iqtisadi böhranı şərtləndirən amillərdən biri ərzin dəyərdən düşməsidir. Bununlayanaşı, dövlət məmurları tərəfindən büdcənin böyük bir hissəsinin mənimsənilməsi əhalinin yaşam şəraitini daha da çətinləşdirib. Baş verən çətinliklər əsnasında İranın müxtəlif şəhərlərində, özəlliklə əhalinin sıx məskunlaşdığı ərazilərdə etiraz mitinqləri davam edir. Ölkə rəsmiləri isə bütün problemlərin başlıca səbəbinin koronavirus pandemisi ilə ilgili olduğunu əsaslandırırlar.
Qeyd edək ki, İranda koronavirus mərizliyinin sürətlə yayılması ilə bir sıra xidmət mərkəzləri və iş yerləri fəaliyyətini tamamilə dayandırıb. Son bir ildə minlərlə insanın işsiz qalması ölkə iqtisadiyyatının kəskin zəyifliyinə yol açdı. Hətta baznişəstələr də şəhərlərin küçələrinə axışaraq hakimiyyətin irəli sürdüyü siyasətə öz etirazlarını bildirdilər.
Qeyd edək ki, Təbrizdə baznişəstələrin keçirdiyi etraz mitinqinə polis əməkdaşları müdaxilə edib. Onlar yaşlı şəxslərə qarşı zor tətbiq etməklə etirazı dağıtmağa çalışıblar.

Related Articles

Bir cavab yazın

Back to top button