İran

QANUNSUZLUQ EDƏN ÇÖRƏKÇİLƏR CƏZALANDIRILACAQ

Şərqi Azərbaycanda qanunsuzluq edən çörəkçilərin un səhmi kəsiləcək

Şərqi Azərbaycanda qanunsuzluq edən çörəkçilərin un səhmi kəsiləcək

Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət idarəsinin rəisi bildirib ki, belə çörəkçilər əvvəlcə ciddi bir ixtar alacaq. Sonra un səhmiyələri tamamilə kəsiləcək. İş yerləri isə möhürlənəcək. Bu idarənin rəisi Həbib Əminzadə, Məlikan fərmandarı ilə görüşdə vurğulayıb ki,Ordibeheşt ayından etibarən ostanda çörək qiymətlərinin islahı məsələsinə başlanılıb. İndiyə qədər Təbrizdə 10 çörəkçinin un səhmiyəsi kəsilib, ya da azalıbdır.
“Çörəyin çəkisinə,qiymətinə, un səhmiyəsinin istifadəsi qaydalarına və sağlamlıq standartlarna mütləq əməl olunmalıdır-deyə o vurğulayıb.
Onun sözlərinə görə ən mühüm hədəflərdən biri məhsulun keyfiyyətin artırılmasıdır.

Related Articles

Bir cavab yazın

Back to top button