Dünya

Blinken: SEPAH terror təşkilatıdır

Amerikanın dövlət katibi "NBC" telekanalına açıqlamasında Sepah-ın terror təşkilatı olduğunu deyib.

 

“Aznews tv”xəbər verir ki, Entoni Blinken Sepah-ın terror təşkilatları siyahısından mümkün çıxarılması ilə bağlı suala cavabında nüvə müzakirələrinin detallarını açıqlamadan anlaşmanın dirçəldilməsinə nikbin baxmadığını bildirib.

O, daha sonra müzakirələr üçün bu qədər səylərin göstərilməsinə baxmayaraq, istədikləri nöqtəyə gəlib çıxa bilmədiklərini söyləyib.

Qeyd edək ki, İran hökuməti nüvə anlaşmasının canlandırılması üçün Sepah-ın adının terror təşkilatları siyahısından çıxarılması şərtini irəli sürüb. Lakin bu şərt Qərb ölkələri və Amerikanın respublikaçı konqresmenləri tərəfindən kəskin etirazlarla qarşılanıb.

Related Articles

Bir cavab yazın

Back to top button