İran

İranlı diplomat: Nüvə anlaşması dirçəldilənə qədər müşahidə kameralarının məlumatını Beynəlxalq Ajansa verməyəcəyik

İranın Vyanada beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyinin rəhbəri Atom Enerjisi üzrə Beynəlxalq Ajansın müşahidə kameralarının yanvarın 24-dən etibarən İsfahanda yerləşən yeni sentrifuqa hissələrinin istehsalı mərkəzində quraşdırıldığını deyib.

O, bunu da qeyd edib ki, İran hökuməti nüvə razılaşmasının yenidən icrasına qədər müşahidə kameralarının məlumatlarını sözügedən beynəlxalq ajansa təqdim etməyəcək.

“Aznews tv”nın xəbərinə görə, Məhəmmədrza Ğaebinin bu açıqlamaları İran hökumətinin Atom Enerjisi üzrə Beynəlxalq Ajansın yeni raporuna ilk rəsmi reaksiyasıdır.

Xatırladaq ki, dünən “Reuters” xəbər ajansı məlumat yayaraq bildirib ki, beynəlxalq ajans yeni hesabatında İsfahanda yerləşən sentrifuqa hissələrinin istehsalı mərkəzindəki kameraların məlumatları olmadan sözügedən ajansın bu mərkəzdə istehsal xəttinin başlayıb-başlamamasını dəqiqləşdirə bilməyəcəyini yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button