Dünya

BMT-nin baş katibi: “İrandakı etirazlarda qadın və uşaqlar da daxil olmaqla, həlak olanların sayının artmasından narahatıq”

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş İranla bağlı bəyanat yayıb. O, ümumxalq etirazları qarşısında Tehran hakimiyyətini “maksimum təmkinli olmağa” çağırıb.

Quterreş İran hakimiyyətindən etirazçılara qarşı “mümkün qədər təmkinlilik” nümayiş etdirməyi və xalqa qarşı “lüzumsuz və qeyri-insani” repressiyalara son qoymağı tələb edib.

“Baş katib İran təhlükəsizlik qüvvələrindən lüzumsuz və şiddətli gücdən çəkinməyi tələb edib. O, gərginliyin artmasının qarşısını almaq üçün hər kəsi maksimum təmkinli olmağa çağırıb”,- deyə, BMT baş katibinin sözçüsü Stiven Ducarik bildirib.

O, daha sonra İranda başlayan etirazlarda qadın və uşaqlar da daxil olmaqla, həlak olanların sayının artmasından getdikcə daha çox narahat olduqlarını vurğulayb./ Azad İran

Related Articles

Bir cavab yazın

Back to top button