Dünya

“Yeni nazir Ərdoğanın varisi ola bilər”-Politoloq

​​​​​​​Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni komandası işə başladı. Maraqlıdır ki, yeni komandada 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın yanında olmuş Hulusi Akar, Mövlud Çavuşoğlu yoxdur. Bu amil prezident Ərdoğanın Azərbaycana və türk dünyasına yönəlik siyasətində hansı təsirləri göstərəcək? Politoloq Əhəd Məmmədli Günaz.TV-yə açıqlamasında bildirib ki, komandaya yeni simaların cəlbi günü tələbi olaraq zəruri addım idi:

“Hulusi Akar, Süleyman Soylu, Mövlud Çavuşoğlunun adları AKP-nin namizədlər siyahısında idi. Məlum idi ki, onlar Rəcəb Tayyib Ərdoğanın yeni komandasında nazir olaraq yer almayacaqlar. Bu, düzgün addım idi.

Azərbaycana verilən dəstəkdə, bütövlükdə komandanın uğurlarında Akarın da, Soylunun da, Çavuşoğlunun da böyük xidmətləri oldu. Bunu heç kim inkar edə bilməz. Ancaq yeni simalar, yeni nəfəs lazımdır. Ərdoğan da məhz bu addımı atdı.

Məncə təqdirəlayiq bir addımdır. Görünür, yeni komanda ilə də yeni varis planı həyata keçirilməyə başlanacaq”.

Bəs Ərdoğanın siyasi varisi kim olacaq? Politoloq hesab edir ki, yeni xarici işlər naziri Ərdoğanın varisi ola bilər: “Hakan Fidanın xarici işlər naziri təyin olunması ilgincdir. NATO ölkələrində xarici işlər naziri çox önəmli postdur.

Fransada siyasi iyerarxiyada XİN rəhbəri prezident və Baş nazirdən sonra üçüncü post sayılır. Prezident və baş nazir ölkəni idarə edə biməyəndə XİN rəhbərinə həvalə olunur. NATO ölkələrində XİN rəhbəri parlamentin sədri postundan daha önəmlidir.

Türkiyədə də XİN rəhbəri çox önəm postdur. MİT müstəşarı kameralardan kənar, xarici işlər naziri isə publik bir postdur. Amma tam əminliklə söyləmək olmaz ki, Hakan Fidan varisdir. Açığı bu barədə mənim fikrim Səlcuq Bayraqdarın üzərində idi.

Fidanın təyinatından sonra fikrimdə korretkə etmək zorunda qalacam. Amma yenə tam əminliklə demək olmaz. Türkiyənin və Ərdoğanın xarici siyasəti daha geniş miqyasda davam edəcək”.

Ə.Məmmədli bildirib ki, AKP-nin iri şəhərlərdə bələdiyyə hakimiyyəti ilə bağlı da planı var: “Ərdoğan çalışacaq ki, İstanbulda, Ankarada mer postlarını geri qaytarsın. Məncə, bu seçkilərdə namizəd olaraq daha avtoritetli simalar çıxaracaq.

Bu, Çavuşoğlu, Akar və Soylu da, Bayraqdar da ola bilər. Və ya elə isim ola bilər ki, onu heç kim gözləmir”.

Hazırki social-iqtisadi duruma gəlincə, siyasi şərhçi hesab edir ki, bu, müvəqqətidir.

“Türkiyədə sosial-iqtisadi durum deyildiyi qədər də pis deyil. Sosial-iqtisadi böhranla bağlı deyilənlər bir az şişirdilib. Doğrudur lirə yenə dəyərdən düşür. Bu da yəqin ki, Ərdoğanın qələbəsinə Amerikan imperializminin cavabıdır.

Hesab edirəm ki, bu məsələ müvəqqətidir.  Hesab edirəm ki, Ərdoğan iqtisadiyyatı, sosial durumu əvvəlki vəziyyətə qaytarmağa çalışacaq.

Böhrana gəlincə, Amerikanın özündə də iqtisadi durum yaxşı deyil. Hətta ola Amerika defolt elan olunsun. Dünyanın aparıcı ölkələrində d sosial iqtisadi durum o qədər də yaxşı deyil. Bu, Ərdoğan idarəçiliyi ilə bağlı deyil.

Sadəcə Ərdoğanı istəməyən qüvvələr bu məsələdə çalışdılar sosial-iqtisadi durumu bu hala gətirsinlər ki, AKP qalib gəlməsin”.

Related Articles

Bir cavab yazın

Back to top button