İran

İran Ali Məhkəməsi Əlirza Fərşinin işinə yenidən baxılması ilə bağlı tələbi qəbul etməyib

İran Ali Məhkəməsi Güney Azərbaycanın milli-mədəni fəalı Əlirza Fərşinin yenidən məhkəməyə çıxarılması tələbini rədd edib.
Tehranda həbsdə olan Əlirza Fərşinin “hökumətə qarşı təbliğat” ittihamı ilə bağlı cinayət işi yenidən baxılması üçün 31 culay tarixində İran Ali Məhkəməsinin 11-ci bölməsinə göndərilmişdi.
Ali Məhkəmənin 11-ci bölməsi Fərşinin işinə yenidən baxılması ilə bağlı tələbinə 7 avqust tarixində rədd cavabı verib.
Maraqlıdır ki, Fərşinin barəsində qaldırılan qondarma cinayət işinin araşdırılması aylarla sürdüyü halda, işinə yenidən baxılması tələbi barədə ərizəsini bir həftə ərzində araşdıraraq mənfi cavab verilib.
Ə.Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İranın milli əmniyyətini pozmağa qəsd məqsədilə qruplaşmada iştirak etmək” ittihamı ilə 15 il həbs və Ələhvaz vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi.
Bu cəza daha sonra Tehran təcdid-nəzər Məhkəməsinin 54-cü şöbəsinin başqanı olan Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Related Articles

Bir cavab yazın

Back to top button