İran

Bocnurd şəhəri̇ndə partlayış baş veri̇b

Quzey Xorasan ustanının mərkəzi Bocnurd şəhərində partlayış baş verib. Olayın petroşimi şirkətinin buxarötürmə borusunun bir bölümündə baş verdiyi bəlli olub. Bocnurd şəhərinin fərmandarı və Təmin Şurasının rəisi Qulamrza Əvəzzadə olayda heç kimin xəsarət almadığını deyib. “Partlayış su buxarı qazanı və boruları ilə bağlıdır. Ammonyaka aid deyil. İnsanlar nigaran olmasınlar”,-deyə o qeyd edib. Bəzi xəbər qaynaqları hadisənin elektrikin tez-tez kəsilməsi səbəbilə baş verdiyini bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button