İran

Bostanabadda qəbiristanlıqda qazıntı aparanlar saxlanılıb

Bostanabadın Əmrulla kəndinin qədim qəbristanlığında qanunsuz qazıntı edənlər tutuqlanıb. Bu haqda Şərqi Azərbaycan Ustanı Fərhəngi Miras, Turizm və Əl Sənayesi İdarəsinin Qoruma Alayının fərmandehi sərhəng Kazım Dadaşi məlumat verib. O, Bostanabadın Əmrulla kəndinin qədim qəbristanlığında qanunsuz qazıntı edən şəxslər haqqında danışıb. Məlumata görə, şəhər sakinlərinin müraciəti əsasında Qoruma Alayının məmurları əraziyə cəlb olunublar. Əməliyyat zamanı 4 nəfər tutuqlanıb və qazıntıda istifadə etdikləri əbzaralat saxlanılıb.
Kazım Dadaşi bildirib ki, qanun pozuntusu etmiş şəxslər müttəhim kimi, kəşf olunmuş əşyalarla birgə, məhkəmə orqanlarına təhvil verilib. Belə ki, onlar barəsində qanuni mərhələlər keçiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button