Dünya

Brenda Şaffer: “İran Ukrayna hadisələrindən dərs almalıdır”

O, İranı ölkədə yaşayan xalqların hüquqlarına önəm vermədiyi üçün təhlükələrlə qarşılaşacağını deyib.

Tanınmış ekspert, Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidenti professor Brenda Şaffer özünün sosial media hesabında İranla bağlı paylaşım edib və İranı ölkədə yaşayan xalqların hüquqlarına önəm vermədiyi üçün təhlükələrlə qarşılaşacağını deyib.

“Ukraynanın Rusiyaya müqavimət göstərməsindən İran dərs almalıdır. İran əsrlər boyu farsların və azlıqların bir dövlətdə yaşadıqlarını və əksəriyyətinin ortaq şiə dinini bölüşdüyünü iddia edərək, etnik azlıqların özünü idarə etmək cəhdlərini rədd edir. Belə yanaşma Rusiya və Ukraynanı bir yerdə saxlaya bilmədi”-deyə, ekspert yazıb.

Professor Brenda Şaffarein bu paylaşımı İran mediası, özəlliklə hökumət və  panfarsist mərkəzlərə bağlı mətbuat qurumlarının narahatlığına səbəb olub.

Onlar xanım Şafferin İsrail casusu adlandırıb və paylaşımını İranda olan separatçılara siqnal kimi dəyərləndiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button