Dünya

Brenda Şafferdən Amerika xarici işlər nazirinə Azərbaycanla bağlı mənalı sual

Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidenti, tanınmış ekspert, professor Brenda Şaffer Azərbaycanla bağlı maraqlı paylaşım edib.

Professor Brenda Şaffer özünün sosial media hesabında Azərbaycan torpaqlarının işğalda qalmasından bəhs edib.

O, Amerika Birləmiş Ştatlarının xarici işlər naziri Antoni Blinkenə sual verib.

“Ukraynanın torpaq bütünlüyü Amerikanın vazkeçilməz və müqəddəs prinsipidir, bəs Azərbaycanın torpaq bütünlüyü necə?”-deyə, xanım Şaffer Amerikanın Azərbaycan Respublikasının torpaqlarının işğalda qalmasına laqeyd münasibətini tənqid edib.

Brenda Şafferin bu paylaşımı xaricdə və Güney Azərbaycanda yaşayan azərbaycanlılar tərəfindən rəğbətlə qarşılaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button