az

Rusiyanın Ukraynada öldürülən hərbçilərin sayı 15 minə çatıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada verdiyi itkilər açıqlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bu gün səhər verilən məlumata görə, indiyədək Rusiya ordusunun 14 400 hərbçisi zərərsizləşdirilib.

Bundan əlavə, Rusiyanın 466 ədəd tankı, 1470 ədəd zirehli döyüş maşını, 213 ədəd artilleriya sistemi, 44 ədəd havadan müdafiə sistemi, 95 ədəd hərbi təyyarəsi, 115 ədəd helikopteri, 914 ədəd nəqliyyat vasitəsi, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni və 12 ədəd dronu məhv edilib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fevralın 24-də başlayıb. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button