DünyaİranSiyasət

Britaniya Avropanı gəmilərini İrandan qorumağa çağırır

Böyük Britaniyanın XİN rəhbəri Ceremi Hant ölkəsinə məxsus tankerin İran tərəfindən həbs edilməsini “piratlıq” adlandıraraq onu dərhal azad etməyə çağırıb.

Aznews.tv xəbər verir ki, Hant Hörmüz körfəzində kommersiya gəmilərinin İrandan qorunması üçün təxirəsalınmaz ümumavropa missiyasının toplanmasının zəruriliyini qeyd edib.

Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu Britaniya bayrağı altında hərəkət edən tankeri “beynəlxalq dəniz qaydalarını” pozduğuna görə saxlayıb.

“Stena İmpero adlı” tankerin göyərtəsində hindistanlı, rusiyalı, latviyalı və filipinli 23 dənizçi var.

İran artıq həbs olunan dənizçilərin şəkillərini paylaşıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button