DünyaSiyasət

Cənubi Koreya Rusiyanı təhdid etdi

Cənubi Koreya Rusiyanı bir daha sərhədlərini pozduğu təqdirdə daha sərt addımlar atacağı ilə təhdid edib.

Aznews.tv xəbər verir ki, Koreya prezidenti administrasiyasının Milli təhlükəsizlik idarəsinin rəisi Çjon Iy Yonq və Rusiyanı Təhlükəsizlik şurasının katibi Rusiya təyyarəsinin Cənubi Koreyanın hava məkanını pozması məsələsini müzakirə ediblər.

“Biz bu hadisəyə ciddi yanaşırıq. Əgər belə hal təkrar olarsa, Cənubi Koreya daha sərt tədbirlər görəcək”, – deyə Yonq vurğulayıb.

Məlumata əsasən, iyulun 23-ü Rusiyaya aid təyyarə iki dəfə Cənubi Koreyanın hava məkanını pozub.

Hər iki dəfə təyyarə 3 dəqiqə ərzində Koreya ərazisində olub.

Koreya tərəfi pozucuya 20 siqnal raketi buraxıb və 360 dəfə atəş açıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button