DünyaİranSiyasət

Britaniya hərbi gəmisinin kapitanı: “İran bizim reaksiyamızı yoxlayır”

Bu gün İranla gərginlik səbəbindən Hörmüz boğazından keçən Britaniya gəmilərini müşaiyət edən hərbi gəminin kapitanı rəsmi Tehranın Kraliça donanmasının qətiyyətini yoxladığını bildirib.

Aznews.tv xəbər verir ki, «Montrose» gəmisinin kapitanı Uilyam Kinq strateji əhəmiyyəti malik dəniz yolu üzrə gəzdiyi 27 gün ərzində 85 dəfə İran qüvvələri ilə qarşılaşdığını, həmçinin əlaqə kanalları vasitəsi ilə “xəbərdarlıq mübadiləsi” etdiyini bildirib.

Onun sözlərinə görə getdikcə İran qüvvələrinin intensivliyi artır.

“Görünür ki, iranlılar bizim qətiyyətimizi, reaksiyamızı yoxlayır. Qanuni çəkildə beynəlxalq sularda bulunduğumuza baxmayaraq, bizim burda olmağımızı qanunsuz hesab edirlər. Hazırlıq səviyyəmizi yoxlamaq üçün bizim tərəf qayıqlar da göndərirlər”, – deyə Kinq əlavə edib.

Qeyd edək ki, ötən ilin aprel ayından «Montrose» gəmisi 3-illik missiya ilə Fars körfəzindədir.

Bu aydan etibarən dünyanın ən yüklənmiş dəniz marşrutunda Britaniya gəmilərini müşaiyət etməyə başlayıb.

Aznews.tv         

Related Articles

Bir cavab yazın

Back to top button