Bölgə

Britaniya nümayəndə heyəti 400 milyonluq borcun qaytarılmasını müzakirə etmək üçün Tehrana gedib

"The Guardian" qəzeti yazıb ki, Bəharvənd jurnalistlərə açıqlamasında bildirib ki, İslam Cümhuriyyəti hazırda Britaniya Xarici İşlər Nazirliyi ilə danışıqlar aparır və həll edilməyəcək problemlər yoxdur.

İranın Londondakı səfiri Mohsen Bəharvənd dekabrın 10-da Britaniya nümayəndə heyətinin bu ölkənin İrana olan 400 milyon fund sterlinq borcunun qanuni yollarla ödənilməsini müzakirə etmək üçün ötən həftə Tehrana səfər etdiyini deyib.

“The Guardian” qəzeti yazıb ki, Bəharvənd jurnalistlərə açıqlamasında bildirib ki, İslam Cümhuriyyəti hazırda Britaniya Xarici İşlər Nazirliyi ilə danışıqlar aparır və həll edilməyəcək problemlər yoxdur.

İran-Britaniya ikili vətəndaşlığı olan məhbusların ailələri dəfələrlə İslam Cümhuriyyətini bu ölkənin Britaniyadan tarixi alacağı pulu əldə etmək məqsədi ilə insanları girov götürməkdə günahlandırıblar.

Britaniyanın keçmiş xarici işlər naziri Ceremi Hant isə sözügedən məbləğ ödənilmədikcə İran hökumətinin məhbusları azad etməyəcəyini düşündüyü qeyd edib.

Qeyd edək ki, İran hökuməti Britaniya-İran vətəndaşlığı olan bir neçə şəxsi artıq illərdir ki, qeyri-qanuni məhkəmələrlə zindanda saxlayır.

Related Articles

Bir cavab yazın

Back to top button