Dünya

Britaniya Sepah və husiləri terrorçu qruplaşmalar siyahısına salmağa hazırlaşır

Yanvarın 17-də İranın dəstəklədiyi husilərin Əbu-Dabiyə hava hücumlarının ardından Britaniya hökumətinin sözçüsü bu ölkənin Sepah və husi yaraqlılarını terrorçu qruplaşmaları siyahısına salınması məsələsi üzərində işlədiyini deyib

“Aznews tv”ın xəbərinə görə, Britaniya hökumətinin sözçüsü Andrev Şarp husilərin Əbu-Dabiyə son hücumları ilə bağlı Lordalar Palatasının yanvarın 19-da keçirilən iclasında bildirib ki, İngiltərə rəsmiləri Sepah-ın terrorist təşkilat kimi tanınması mövzusunu araşdırır.

“Biz İslam İnqilab Keşikçiləri Korpusu – SEPAH-ın bütün Yaxın Şərqdə sabitliyi pozan fəaliyyəti ilə bağlı narahatlığımızı çox açıq şəkildə ifadə etmişik və Britaniya hökuməti Sepah-ı elə bu səbəbdən boykot edib”, – deyə sözçü vurğulayıb.

Şarp sonda əlavə edib: “İran, Birləşmiş Ərəb Əmirlikləri və digər Körfəz ölkələrinə hücumlar təşkil etmək üçün Kaşandakı xüsusi hərbi hava bazasında Livan Husiləri və Hizbullah yaraqlılarını idarə etmək və yönəltmək üçün insansız uçaqlardan istifadə qaydalarını öyrədib”.

Related Articles

Bir cavab yazın

Back to top button