İran

FBİ daha bir İran əsilli Amerika vətəndaşını bu ittihamla həbs etdi

Daha bir İran əsilli Amerika vətəndaşı bu ölkənin Federal Polisi (FBİ) tərəfindən həbs edilib.

“Aznews tv” xəbər verir ki, bu barədə Amerikanın Ədliyyə Nazirliyinin yaydığı bəyanatda məlumat verilib.

Bildirilir ki, Kambiz Əttar Kaşani adlı 44 yaşlı şəxs yanvarın 14-də İranın Mərkəzi Bankına məhsul və texnologiya göndərmək ittihamı ilə tutulub.

Qeyd edək ki, Amerika terror təşkilatlarına işlədikləri üçün Mərkəzi Bank da daxil olmaqla İranın bir çox dövlət təşkilatlarına məhsul və xidmət satışını boykot edib.

Kambiz Əttar Kaşani tələb olunan icazə sənədləri olmadan Birləşmiş Ərəb Əmirliklərində yerləşən özünə məxsus şirkətlər vasitəsilə Amerikadan elektron məhsullar və texnologiya alaraq İrana satırmış.

Related Articles

Bir cavab yazın

Back to top button