Dünyaİran

Britaniya Xarici İşlər Nazirliyi İrana xəbərdarlıq edib

"Britaniya İran rejiminin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantlardan, o cümlədən hərbi variantdan istifadə edəcək".

“Britaniya İran rejiminin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantlardan, o cümlədən hərbi variantdan istifadə edəcək”.

Bunu Britaniyanın Xarici İşlər Nazirliyi İran hakimiyyətinə xəbərdalıq olaraq bildirib.

Britaniya xarici işlər nazirinin müşaviri Ceyms Klorli “Twitter” hesabında bu haqda yazıb: “İran rejimi heç vaxt nüvə silahı əldə edə bilməz və atom müzakirələri uğursuz olarsa, Britaniya bütün variantları nəzərdən keçirəcək”.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-İv le Drian ölkə parlamentində deyib: “İran və dünya güclərinin dekabrın sonlarında irəliləyişlər əldə etməsnə baxmayaraq, hələ anlaşmaya nail olmağa məsafələr var. Vyanada aparılan danışıqlar çox yavaş irəliləyir”.

Qeyd edək ki, Vyanada nüvə razılaşmasına dair müzakirələrin səkkizinci mərhələsi davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button